top of page

 

30.04.2014

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin “Trend”-ə müsahibəsi

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qarşıdan gələn yay mövsümünə necə hazırlaşıb, sanatoriyaların vəziyyəti nə yerdədir?- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2014-cü ilin yay mövsümünə hər olduğu kimi ciddi şəkildə hazırlaşıb. Bu il sanatoriyaların 99 faizində təmir, abadlıq işləri aparılıb, insanların rahat istirahəti və müalicəsi üçün hər cür şərait yaradılıb. Eyni zamanda, ötən il həmkarlar ittifaqı təşkilatları öz maliyyə vəsaitləri hesabına 5 yeni, müasir standartlara cavab verən sanatoriya tikilib və hazırda bu proses davam etdirilir. Növbəti ildə də yeni sanatoriyalar insanların istifadəsinə veriləcək. Konfederasiya daim bu işləri nəzarətdə saxlayır.

Səttar Mehbalıyev: Bəzən həmkarlar ittifaqının fəaliyyətindən xəbərsiz insanlar hesablama aparıb düzgün olmayan nəticələr çıxarırlar

Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzu əhəmiyyətli dərəcədə artır

 05.04.2013
 
- Səttar müəllim, bu ilin əvvəllərində Azərbaycan həmkarlar təşkilatlarının həyatında əlamətdar hadisə baş vermişdir. Belə ki, AHİK-in növbəti qurultayı keçirildi və bu qurultayda vacib qərarlar qəbul olundu. Həmkarlar təşkilatlarının qurultayın qərarlarının yerinə yetirilməsi üçün üzərinə nə kimi vəzifələr düşür?

 

 

“Həmkarlar ittifaqları bütün qüvvəsini işçilərin sosial müdafiəsinin təşkili məsələlərinin ədalətli həllinə yönəldib”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev www.yap.org.az saytına müsahibə verib:

 

- Səttar müəllim, məlum olduğu kimi Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətinin genişlənməsində və inkişafında ümumilli liderimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. İstərdik ki, öncə bu haqda fikirlərinizi bildirəsiniz?

 

- Cəmiyyətin aparıcı tərkib hissəsi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yarandığı gündən ictimai həyatda öz fəallığı ilə fərqlənir və onun fəaliyyətinin ən məhsuldar mərhələsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.

Məhz Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə xalqın sosial problemlərinin həllinə diqqət artırılmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində sosialyönümlü siyasətin həyata keçirilməsi gücləndirilmişdir.

“İri təşkilatlarda həmkarlar təşkilatlarının yaradılması problemə çevrilib”

Ona görə də işəgötürən işçilərlə istədiyi kimi rəftar edə bilir”


- Səttar müəllim, rəhbərlik etdiyiniz Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əməyin muhafizəsinin təmin edilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

-Biz, Həmkarlar İttifaqları Konfederasiyası olaraq bu istiqamətdə mütəmadi işlərimizi davam etdiririk. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda çalışan işçilər üçün normal iş şəraiti yaradılsın, işçilər sağ-salamat işə, işdən isə ailəsinə qayıtsın. Normal iş şəraitində çalışmaqla bədbəxt hadisələrdən uzaq olsun, ölümlə nəticələnən hadisələrin sayı azalsın. Bütün bunları nəzərə alaraq hər il respublika üzrə işçilər üçün ən yaxşı iş şəraiti yaranan idarə, müəssisə və təşkilatlar arasında müsabiqə keçiririk. AHİK İcraiyyə Komitəsinin qərarı ilə 2009-cu ildə bu məqsədlə əsasnamə hazırlanıb, onun təşkilat komitəsi yaradılıb. O vaxtdan indiyə qədər mütəmadi olaraq müsabiqə keçirilir. 2009-cu ildə 135 təşkilat bu müsabiqədə iştirak etmişdi, bu il fərəhli haldır ki, onların sayı 155-i keçib. Bu isə o deməkdir ki, ilbəil bu müsabiqənin keçirilməsinə idarə, müəssisə və təşkilatların marağı artır. Belə bir müsabiqənin təşkil edilməsində də əsas məqsəd təhlükəsiz iş şəraitinin yaradılmasıdır. Biz bütün imkanlarımızdan istifadə edərək çalışırıq ki, bütün idarə, müəssisə və təşkilatlarda normal iş şəraiti yaradılsın. İşçilər xüsusi fərdi mühafizə vasitəsi, xüsusi geyim, ayaqqabı ilə təmin olunsun, tikintidə çalışanlara dəbilqə, qoruyucu kəmər verilsin.

bottom of page